Yunis Hüseynov: "Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər"
Premyer Liqanın 10-cu turunda "Xəzər Lənkəran" azarkeşləri önündə "Sumqayıt"a 2:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bu oyun haqda fikirlərini bildirib:
"Oyun bizim üçün ağır keçdi. Heyətdə problemlərimiz çoxdur. 14 oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik. Amma futbolçuların çıxışından razı qalmadım. İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidirlər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər".
saytlarin hazirlanmasi