"Qəbələ"nin rəqibi qələbə qazandı

23:13 - 28 Oktyabr 2015

İlk matçına çıxdı

 

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan PAOK Yunanıstan kubokunda ilk matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, C qrupunda qərarlaşan Saloniki təmsilçisi öz meydanında "Pantrakikos"la qarşılaşıb. Oyun PAOK-un 2:0 hesablı qələbəsi ilə başa çatıb. 


 

28 oktyabr

 

 PAOK - "Pantrakikos" - 2:0 
Qollar: Pelkas, 72 (1:0), Mak, 86 (2:0)

Xəbər xətti