"Neftçi"nin futbolçusu: "Bunu bacarsaq, Azərbaycanda qabağımıza çıxan komanda olmayacaq"

01:14 - 29 Oktyabr 2015

"Samir Əliyevin əziyyətinə görə çox pis oluruq"

 

Premyer Liqanın X turu çərçivəsində "İnter"i qəbul edən "Neftçi" 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu Cavid İmamverdiyev qarşılaşma haqda jurnalistlərə açıqlama verib:

 

“70 dəqiqə ərzində yaxşı oynadıq. Deyərdim ki, müdafiəyə çəkilməyimizin ücbatından 2 xal itirdik. Səhvlərimizin üzərində çox çalışmalıyıq. İstər-istəməz qələbə qazanmadıqda ruhdan düşürük. Artıq neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. Özümüz də şokdayıq ki, belə gözəl oyun göstərən komanda son dəqiqlərdə qol buraxır. Samir müəllim və digər məşqçilərimiz üzərimizdə çox əziyyət çəkirlər. Samir Əliyevin əziyyətinə görə çox pis oluruq. Həm gözəl məşqçidir, həm də çox gözəl insandır. Hər məşqdə bizə yeniliklər öyrətməyə çalışırlar. Belə bir məşqçinin və komandanın axırıncı pillələrdə olmağı düzgün deyil. İnşallah bu “qara zolaq”dan çıxarıq. Keçmiş formama qayıtmaq istəyirəm. İsəyirəm ki, komandama bu çətin vəziyyətdə layiqincə kömək edim. “Neftçi” mənə doğma komandadır Futbolu burda öyrənmişəm. Bir qələbəyə ehtiyacımız var və əhval-ruhiyyəmiz düzəlsin. Bunu bacarsaq, Azərbaycan Premyer Liqasında qabağımıza çıxan komanda olmayacaq. “Neftçi”nin yeri ilk “üçlük”dür”

 

"Elazığspor"la bağlı məsələyə toxunan futbolçu bu fikirləri səsləndirib:

 

“Elazığspor”dan məni çıxartdılar. Mən də müqaviləni birtərəfli olaraq, ləğv etdim. Əllərinə imkan verdim ki, onlarda məndən FİFA-ya şikayət etdilər. “Neftçi”nin rəhbərliyi mənim arxamdadır. Çox sağolsunlar mənə dəstək oldular”.

Xəbər xətti