İzahat alındıqdan sonra...
Premyer Liqanın X turu çərçivəsində keçirilən "Neftçi"-"İnter" (1:1) matçının gedişatı ərzində "Forza Neftçi" fan klubunun polis tərəfindən saxlanılan üzvü İlkin Sadıqov sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov sosial şəbəkədəki şəxsi hesabında bildirib.
Azarkeş oyun zamanı pirotexniki vasitənin istifadəsi səbəbindən hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Azarkeş izahat alındıqdan sonra bölmədən buraxılıb.
saytlarin hazirlanmasi