"Hünər meydanı" turniri
Oktyabrın 29-da Bakı İdman Sarayında gənclər arasında sərbəst güləş üzrə ənənəvi “Hünər meydanı” turniri keçirilib.
Sportal.az xəbər verir ki, yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. Güləşçilər paytaxtda keçirilən turniri 2 qızıl medalla başa vurub. 74 kq çəki dərəcəsində çıxış edən Sənan Əlizadə keçirdiyi 6 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Pənah İlyasov isə 66 kq çəki dərəcəsində hamıdan güclü olub. O, 5 qarşılaşmada qələbə qazanmaqla turnirin qalibi olub. Əlizadə və İlyasov turnirdəki qələbə ilə Azərbaycan milli komandasının heyətinə düşüb.
Yeniyetmə güləşçilər isə oktyabrın 27-28-də Bakı İdman Sarayında təşkil olunan Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayıb. “Qəbələ”nin güləşçisi Çingiz Eyvazov turniri mükafatçılar sırasında başa vurub. O, yalnız finalda uduzaraq gümüş medala yiyələnib.
saytlarin hazirlanmasi