UEFA 4 klubumuza maliyyə vəsaiti ayırdı

14:29 - 30 Oktyabr 2015

Avrokuboklarda iştiraka görə

 

2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, ayrılan maliyyə vəsaitləri aşağıda qeyd olunan kimidir:

 

 “Qarabağ”a 950 000.00 avro

“Qəbələ” – 630 000.00 avro

“Neftçi” – 200 000.00 avro

“İnter” – 630 000.00 avro
 
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.

 

AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter” PİK-in hesabına köçürüləcək.

Xəbər xətti