Qriqorçuk: "3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu"

22:18 - 1 Noyabr 2015

"Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz"
 
Premyer Liqanın 11-ci turunda "Qəbələ" doğma şəhərdə "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyətə belə şərh verib:
 
"Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli,  hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir.  3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu.  Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin".

Xəbər xətti