Ulduz futbolçu Hollandiya millisindən kənarda qaldı

19:31 - 2 Noyabr 2015

Baş məşqçi Van Persiyə dəvət göndərmədi
 
"Fənərbaxça"nın hücumçusu Robin van Persi Hollandiya millisinin heyətindən kənarda qalıb.
 
Sportal.az xəbər verir ki, "narıncılar"ın baş məşqçisi Danni Blind Uels və Almaniya ilə keçiriləcək yoldaşlıq oyunları üçün 32 yaşlı futbolçuya dəvət göndərməyib.
 
Blind bu qərarını belə əsaslandırıb: "Van Persi Türkiyəyə transfer olduqdan sonra ritmini tapa bilməyib. Hələ də 90 dəqiqə oynamır. Bu, yaxşı hal deyil. Çünki Van Persi potensial olaraq mənim ən yaxşı hücumçumdur. Ancaq formada olmadığı müddətdə ona şans verməyəcəm. Əgər yığmanın sonrakı görüşlərinə hazır olsa, ona dəvət göndərəcəm".
 
Qeyd edək ki, Hollandiya millisi noyabrın 13-də Uels, 4 gün sonra isə Almaniya ilə yoxlama matçında qüvvəsini sınayacaq.

Xəbər xətti