Samir Abbasov: "Çünki bunun əhəmiyyəti yoxdu"

22:29 - 2 Noyabr 2015

"Futbolçular məhz belə oyunlarda "bişirlər"

 

Premyer Liqanın 11-ci turunda "Sumqayıt" öz meydanında "Neftçi"yə 1 - 2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov məğlubiyyətə belə şərh verib: “Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək arzuladığımız oyunu sərgiləyəcəyik. Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdu. Hər bir oyunçu qələbə üçün can qoydu, qalibiyyət üçün döyüşdü. Gənc Xəyalı döyüşə atanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın.  Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda “bişirlər”. Oyunun sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdu. Biz məğlub olduq, “Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm”. 

Xəbər xətti