"Qəbələ" "Antalyaspor"a qalib gəldi

00:20 - 3 Noyabr 2015

II turun matçında...

 

Türkiyədə keçirilən “Antalya Cup” turnirində ilk iki turun oyunları keçirilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir neçə yaş qrupu üzrə təşkil olunan beynəlxalq turnirdə çıxış edən “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası “Lokomotiv” (Moskva, Rusiya), “Dunarea” (Rumıniya) və “Antalyaspor”la (Türkiyə) mübarizə aparır. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda ilk turda “Lokomotiv”lə qarşılaşıb. “Qırmızı-qaralar” bu matçda 0:2 hesabı ilə uduzub.

 

Bu gün keçirilən II turda “Qəbələ” “Antalyaspor”la qarşılaşıb. Məhəmməd Məhərrəmov, İdris İnqilablı və Samir Qurbanovun qol vurduğu matçda “qırmızı-qaralar” 3:1 hesabı ilə qalib gəlib.

 

“Dunarea” ilə eyni xala malik “Qəbələ” daha yaxşı top fərqinə görə 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” III turda “Dunarea” ilə üz-üzə gələcək.

Xəbər xətti