"Bu qələbənin əhəmiyyəti bizim üçün çoxdur"
Premyer Liqanın XI turunun son görüşündə “Xəzər Lənkəran” səfərdə “Rəvan”ı 1-0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara bunları qeyd edib:
"İki oyundur məğlub olurduq. Ona görə də bu matça xüsusi motivasiya ilə hazırlaşmışdıq. Turnir cədvəlinə də baxsaq, görərik ki bu qələbənin əhəmiyyəti bizim üçün çoxdur. Zədədən qayıtdıqdan sonra, yavaş-yavaş öz oyunumu göstərmək istəyirəm. Çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışıram. Düşünürəm ki, qarşıdakı matçlarda komandama daha çox xeyir verə biləcəm".
saytlarin hazirlanmasi