Təmizlənmə işləri davam edir
Premyer Liqanın XII turu çərçivəsində, noyabır ayının 8-də “Xəzər Lənkəran” doğma meydanda “Qarabağ” kubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, belə bir vacib oyun öncəsi “Fırtınalar meydanı”nın ot örtüyünü yaxşılaşdırmaq üçün işlər davam edir. Ötən həftə Lənkəranda yağan aramsız yağışların ardından “Fırtınalar meydanı” və stadionun ehtiyat meydançası məcrasından çıxan Lənkərançayın sel suları altında qalmışdı.
Qeyd edək ki, hazırda stadionun ərazisi eləcə də həm əsas həm də ehtiyat meydançanın gil və palçıqdan təmizlənməsi davam edir. Görülən işlərin nəticəsini isə əlbəttə məşqlər zamanı və oyun günü daha yaxşı hiss etmək mümkün olacaq. (12cioyuncu.info)