Stadionun ot örtüyü buzlaşıb
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Qazaxıstanın "Astana" klubu öz meydanında "Atletiko"Madridi qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu qarşılaşmasının keçiriləcəyi "Astana Arena"da ciddi problem yaranıb. Belə ki, stadionun ot örtüyü havanın mənfi 12 dərəcə olması səbəbindən buzlaşıb. Matç başlayanadək buz örtüyünün aradan qaldırılacağı bildirilir.
Qeyd edək ki, "Astana" - "Atletiko" oyunu bu gün saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi