2 ay oynamayacaq
Heyəti o qədər də geniş olmayan "Xəzər Lənkəran" daha bir ciddi itki ilə üzləşib.
Klubun mətbuat xidmətini rəhbəri Hüseyn Cəbrayıloğlunun Sportal.az-a verdiyi məlumata görə, cənub təmsilçisinin rumınıyalı futbolçusu Adrian Skarlatake uzun müddətli sıradan çıxıb. Premyer Liqanın 11-ci turu çərçivəsində "Rəvan" keçirilən matçın (0 - 1) 19-cu dəqiqəsində zədələnərək meydanı tərk edən futbolçunun durumunun ciddi olduğu aşkarlanıb. Keçirilən tibbi müayinədən sonra təcrübəli mərkəz müdafiəçisinin arxa ayaq bağlarının qopduğu məlum olub. Yaxın günlərdə əməliyyat olunacaq Skarlatake 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun ən yaxşı halda qış fasiləsində komandaya qoşulacağı bildirilir.
Qeyd edək ki, Skarlatake zədələndikdən sonra "Xəzər Lənkəran"ın heyətində qalan yeganə əcnəbi futbolçu Sadio Tounkaradı.
saytlarin hazirlanmasi