"Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdu"

18:51 - 3 Noyabr 2015

"Həkimlərin günahsız olduğu məlum olub"

 

"Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən, həkimlərin günahsız olduğu məlum olub".
 
Sportal.az “Report”a istinadən xəbər verir ki, bunu "Qəbələ" klubunun həbsdə olan sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyib.

 

O bildirib ki, ölümün səbəbi həkimlərin səhlənkarlığı olmayıb. Vəkil C.Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında "Whats app"da yazışma mesajların məzmunundan da danışıb: "Həm ifadələr, həm də mesajlarla tam müəyyən olunur ki, Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdur. Həmçinin, təqsirləndirilən digər 5 nəfər - Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev də bunu təsdiqləyir. Onlar Cavid Hüseynovun bu işdə günahsız olduğunu deyiblər. Bundan başqa, Cavid Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında "Whats app"dakı yazışmaların məzmunundan başa düşülür ki, Cavid ondan Rasim Əliyevlə görüşməyə getməməsini istəyib".

 

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Hadisədən sonra C.Hüseynov və daha 5 nəfər həbs olunub.

Xəbər xətti