"Xəzər Lənkəran"a şad xəbər: məşqlərə başlayır

13:48 - 4 Noyabr 2015

İki günlük istirahət başa çatır

 

Premyer liqanın XI turunda səfərdə minimal hesabla qalib gələn “ Xəzər Lənkəran” sabah toplanır.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda “ Rəvan” üzərindəki  qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.

 

Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu “Sol ayağın diz nahiyəsi  arxa bağlarının qopması” ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb. Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. Futbolçu sabahdan etibarən fərdi məşqlərə başlayacaq. 

 

Xatirladaq ki, “ Xəzər Lənkəran” növbəti tur çərçivəsində noyabrin 8-i  saat 16.00-da  Ağdamın “ Qarabağ” klubu ilə doğma meydanında qarşılaşacaq. 

Xəbər xətti