Rəsmi debütü gerçəkləşdirdi
Premyer Liqanın XI turunda keçirilən AZAL-la oyun "Qəbələ"nin futbolçusu Vaqif Cavadov üçün əlamətdar olub. 26 yaşlı hücumçu “Qəbələ”də rəsmi debütünü gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, bunadək klubun əvəzedici heyətində forma geyinən Vaqif əsas komandanın tarixinə 198-ci futbolçusu kimi düşüb. Bunlardan 106-sı yerli, 92-i əcnəbi futbolçu olub. “Xəzər Lənkəran”dan bu ilin sonunadək icarəyə götürülən Cavadov “Qəbələ”nin milli çempionatda debüt edən 181-ci futbolçusu olub.
Bu mövsüm komandaya gələn futbolçulardan yalnız Vüqar Nadirov hələ ki debüt etməyib. Rumıniyalı yarımmüdafiəçi George Floresku isə bunu Premyer Liqada yox, Avropa Liqasında gerçəkləşdirib. ("Qəbələ İK" qəzeti)
saytlarin hazirlanmasi