Jeremi Matye və Maskerano
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Belarusiyanın BATE klubu ilə qarşılaşacaq "Barselona" 2 futbolçusunun xidmətindən istifadə etməyəcək.
Sportal.az xəbər verir ki, baş məşqçi Luis Enrike bu gün keçiriləcək qarşılaşmada Jeremi Matyeyə istirahət vermək qərarına gəlib. Xavyer Maskerano isə cəza səbəbindən matçı buraxmalı olacaq.
Qeyd edək ki, BATE - "Barselona" qarşılaşma bu gün saat 23:45-də start götürəcək.
saytlarin hazirlanmasi