"Zirə" ilə oyuna hazırlaşır
Premyer Liqanın növbəti turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" bir günlük istirahətin ardından yenidən məşqlərini bərpa edib.
Sportal.az xəbər verir ki, bu gün "Kapitan Bank Arena"da səhər məşqinə çıxan "kimyaçılar" daha çox toplu çalışmalara üstünlük verib.
Zədəli olduğu üçün müdafiəçi Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib. "Sumqayıt" sabah doğma arenada oyun öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 18:30-da start götürəcək və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.