"Qəbələ"nin rəqibləri növbəti oyunlarına çıxır

12:17 - 8 Noyabr 2015

"Borussiya" "Şalke"ni qəbul edəcək
 
Avroliqadakı təmsilçimiz “Qəbələ”nin qrup mərhələsindəki rəqibləri olan komandalar bu gün ölkə çempionatlarında növbəti matçlarını keçirəcəklər.
 
Sportal.az xəbər verir ki, Almaniya Bundesliqasında mübarizə aparan Dortmund “Borussiya”sı “Şalke” ilə derbi matçı keçirəcək. “Signal İduna Park”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:30-da baş tutacaq. “Borussiya” 11 turdan sonra 26 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.
 
Yunanıstan Super Liqasında mübarizə aparan PAOK 10-cu tur çərçivəsində “Pantratikos”u qəbul edəcək. Sözügedən qarşılaşma 19:15-də baş tutacaq. PAOK 9 turdan sonra 14 xal toplayıb və 6-cı pillədə qərarlşaıb.
 
Rusiya Premyer Liqasında mübarizə apran “Krasnodar” 15-ci tur çərçivəsində Moskva ÇSKA-sını qəbul edəcək. Matç saat 18:00-da baş tutacaq. “Krasnodar” 14 turdan sonra 21 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti