Samir Əliyev: "Avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq"

20:35 - 8 Noyabr 2015

"Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm"

 

Premyer Liqanın 12-ci turunda "Neftçi" öz meydanında autsayder "Rəvan"a 2 - 3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın bəş məşqçisi Samir Əliyev bu fikirləri səsləndirib: "Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz "Rəvan"dan heç də zəif deyil. "Rəvan" udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra  oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq".

Xəbər xətti