"Neftçi"nin futbolçusu: "Oyun üslubumuzu dəyişməliyik"

21:05 - 8 Noyabr 2015

"Etiraz etməyə haqqları var"

 

"Birinci hissə yaxşı oynadıq, bir neçə şansımız oldu, rəqibə hücum etməyə imkan vermədik. Amma ikinci hissədə 5 dəqiqə ərzində buraxdığımız 2 səhv qolla nəticələndi. Sonra növbəti səhvi etdik və qapımıza üçüncü qol vuruldu. Oyunumuz çox pis alındı".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Kaue Da Silva "Rəvan"la matçdan (2 - 3) sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.

 

Braziliyalı futbolçu azarkeşlərin etirazına belə münasibət bildirib: "Mənim işim futbol oynamqdı və mən öz işimi görürəm. Əgər bu azarkeşlərin xoşuna gəlmirsə, onların etiraz etməyə haqqları var. Futbolda belə hallar olur".

 

Kaue daha sonra fikirlərinə belə davam edib: "Belə davam etsə çox pis olacaq. Nəyisə dəyişmək lazımdı. Bəlkə də oyun üslubumuzu dəyişməliyik. Kənardan baxanlar yalnız oyunumuzu, meydanda baş verənləri görür. Komandada nələrin baş verdiyini, məşqlərin necə keçdiyini bilmir. Biz məşqlərdə çox əziyyət çəkirik. Belə məğlubiyyətlər pis təsir edir, gecələr yata bilmirik. Məğlubiyyətlər rəhbərliklə bağlı deyil. Onlar futbol aynamır".

Xəbər xətti