"Qəbələ"nin rəqibi ÇSKA-nı məğlub etdi

21:19 - 8 Noyabr 2015

5-ci pillədə qərarlaşıb

 

Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi olan "Krasnodar" öz meydanında lider ÇSKA-nı qəbul edib. Qarşılaşma "Qəbələ"nin rəqibinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını Fyodor Smolov (18, 30) vurub. ÇSKA-dan isə Alan Zaqoev (28) fərqlənib.

 

Bu qələbədən sonra xallarını 24-ə çatdıran Krasnodar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti