"İnter"in sabiq baş məşqçisi "Panatinaikos"da

23:06 - 9 Noyabr 2015

Stramoççinin yeni klubu məlum oldu
 
Yunanıstanın "Panatinaikos" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanı Andrea Stramaççoni çalışdıracaq. O, bu vəzifədə bir müddət öncə istefaya göndərilmiş Yannis Anastasiunu əvəzləyib. İtaliyalı mütəxəssis "Panatinaikos"la 2017-ci ilə qədər müqavilə imzalayıb. Stramaççoni yeni klubunda ilinə 750 min avro qazanacaq.
 
Qeyd edək ki, Stramoççini vaxtı ilə İtaliya "İnter"inin çalışdırıcısı olub.

Xəbər xətti