"Bu psixoloji əngəldən xilas olub, artıq qələbə qazanmalıyıq"
"Doğma meydanda oynayırdıq. Ardıcıl neçə oyundur ki, xal itiririk. "İnter"lə matça yaxşı hazırlaşmışdıq ki, qələbə qazanaq. Amma bir xalla kifayətlənməli olduq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının 12-ci turunda "İnter"lə bərabərə qaldıqları oyundan (1:1) sonra deyib. O bildirib ki, əvvəlki qarşılaşmalarla müqayisədə, bu oyunda üstün tərəf idilər:
"Amma hücumlardan yararlana bilmirdik. Komanda sanki hücumda tilsimlənib. Bu psixoloji əngəldən xilas olub, artıq qələbə qazanmalıyıq. Çünki getdikcə hər şey çətinləşir. Ona görə də milli komandanın oyunu ilə əlaqədar yaranacaq fasilədən sonra yaxşı hazırlaşıb qələbə qazanmalıyıq".
R.Abışov son turlarda qalib gəlməməklərinin yorğunluqla və ya Qriqorçukun komandadan gedəcəyi xəbərləri ilə əlaqəsi olmadığını deyib:
"Mən əvvəlcə də bildirmişdim ki, baş məşqçimiz bizimlədir və bizi tək buraxmayacaq".
saytlarin hazirlanmasi