Ruslan Abışov millidən kənarlaşdırıldı

15:25 - 10 Noyabr 2015

Zədəli olduğu üçün

 

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb.

 

Sportal.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ruslan Abışov zədəli olduğu üçün Moldova yığmasına qarşı oyunda iştirak edə bilməyəcək.

 

"Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sportal.az saytına verdiyi məlumata görə Abışov son 2 matçda ayağında olan ağrılarla oynayırdı. Zədəsini sağaltmaq və istirahət etmək üçün təcrübəli medafiəçi millinin təlim-məşq toplanışından kənarlaşdırılıb.

Xəbər xətti