"Moldova ilə matçda bu fürsəti gözləyəcəm"
Milli komandaya dəvət olunan futbolçulardan biri də “Kəpəz”in futbolçusu Tərlan Quliyevdi.
Gənc müdafiəçi Sportal.az-a açıqlamasında millinin heyətində möhkəmlənmək istədiyini bildirib: “Artıq 3-cü dəfədi Prosineçki məni milli komandaya dəvət edir. Hələ ki şans verməyib. Yoldaşlıq oyunları gənc futbolçular üçün bir şansdı. Moldova ilə keçiriləcək matçda bu fürsəti gözləyəcəm. Mənim işim meydanda öz oyunumu göstərməkdi. Əgər şans verilərsə özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Məqsədim öz oyunumla milli komandada möhkəmlənməkdi”.
saytlarin hazirlanmasi