"Xəzər Lənkəran" yoxlama oyunu keçirməyəcək

13:33 - 11 Noyabr 2015

Komanda ancaq məşqlərlə kifayətlənəcək
 
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqamızda fasilə yaranıb. Bir çox klubumuz bu fasilədə yoxlama oyunu keçirməyi qərara alsa da, "Xəzər Lənkəran" fərqli qərar qəbul edib.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, cənub təmsilçisi noyabrın 13-ü Lənkəranda bir araya gələrək məşqlərə start verəcək. Cənub təmsilçisi isə yoxlama oyunu keçirməyi planlaşdırmır, buna da səbəb heyətdə cəmi 11-12 futbolçunun olmasıdır.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın 13-cü turunda əzəli rəqibi "Neftçi"ni qəbul edəcək.

Xəbər xətti