Filmdə futbolçunun oğlu və anası çəkilib
Portuqaliya millisi və “Real"ın oyunçusu Kriştiano Ronaldo haqqında çəkilən sənədli filmin İspaniya kinoteatrlarında nümayişinə başlanılıb.
Sportal.az xəbər verir ki, filmin müəllifi məşhur Ceyms Gey-Risdir. O, bundan əvvəl əfsanəvi Formula-1 pilotu Ayrton Senna və müğənni Emma Uaynhaus haqqında çəkdiyi filmlərlə yadda qalıb.
“Ronaldo” filmində futbolçu ilə yanaşı, anası Dolosres, oğlu, şəxsi agenti Xorxe Mendes və hətta Lionel Messi də çəkilib.
saytlarin hazirlanmasi