Hakimi vuran azərbaycanlı 2 illik futboldan uzaqlaşdırıldı

12:03 - 12 Noyabr 2015

50 min rubl (800  manat) cərimə olunub

 

Hakimi vuran azərbaycanlı futzalçı Sərxan Mikayılovun cəzası bəlli olub.

 

Sportal.az xəbər verir ki, “Viraj” futzal klubunun üzvü olan həmyerlimizə ciddi sanksiya tətbiq olunub.

 

Rusiya çempionatının Qərbi Sibir zonasında baş tutan “Kurqan” – “Viraj” matçında hakimi yumruqla vuraraq qırmızı vərəqə alan həmyerlimiz 2 il müddətinə futboldan uzaqlaşdırılıb. Bundan əlavə, Mikayılova 50 min rubl (800  manat) məbləğində cərimə olunub.

Xəbər xətti