"Klubumuza hazırda heç bir dəstək yoxdur"
Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar" klubu pis günlərini yaşayır. Klubda vəziyyət heç də ürəkaçan deyil.
Bu barədə Sportal.az-a açıqlama verən klubun məşqçisi Xəyal Zeynalov bunları qeyd edib:
"Daha öncə də qeyd etdiyim kimi, klubumuz Azərbaycanda bir ilki reallaşdırmışdı. Belə ki, sırf qapıçılarla işləyən ikinci bir belə klub yoxdur. Həmkarım Tariyel Hüseynovla birlikdə Azərbaycan futboluna xeyir vermək məqsədilə bu işə başlamışdıq. Lakin, hazırda vəziyyətimiz elə də ürəkaçan deyil. Sağ olsun “Kəpəz” rəhbərliyi, eləcə də AFFA, ilkin mərhələdə bizə bu işdə müəyyən yardımını əsirgəmədi. İşlərimizin uğurla davam etdirirdik. Ancaq, AFFA 8 aylıq əməkdaşlığımıza son qoydu. Hazırda çətin vəziyyətdəyik. Fəaliyyətimizi dayandırmaq niyyətində deyilik. Klubumuza hazırda heç bir dəstək yoxdur. Başlı-başına qalıb. Azərbaycan futbolunun inkişafı üçün belə layihələri itirmək olmaz".
saytlarin hazirlanmasi