Müdafiəçi zədəsini tam sağaldıb
"Xəzər Lənkəran" Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacağı "Neftçi" ilə oyuna iki ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, cənub klubunun üzvlərindən Orxan Əliyevlə Adrian Skarlatake "Böyük oyun"da iştirak etməyəcək. Buna səbəb hər iki futbolçunun zədəli olmasıdır. Onları cərrahiyə əməliyyatı gözləyir. Skarlatake ilə Əliyevin dəqiq nə vaxt sıraya dönəcəyi isə bəlli deyil.
Əvəzində xeyli müddət idi zədəli olan Rasim Ramaldanovun "Neftçi"yə qarşı oynaması gözlənilir.
saytlarin hazirlanmasi