Komandada istirahət başa çatır
Azərbaycan Premyer Liqasının XII turunun “İnter”lə noyabrın 9-da keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına bu gün start verəcək.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələrək, axşam məşqini gerçəkləşdirəcək. Roman Qriqorçukun komandası məşqlərini elə bu arenada davam etdirəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilədə vətəninə yollanan legionerlər də komanda ilə birlikdə məşq keçəcək. Yığmaların düşərgəsində olan oyunçular isə məşqə qatılmayacaq. Onlar Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt”la matçının hazırlıqlarına millinin düşərgəsindən qayıtdıqdan sonra qoşulacaq.
Xatırladaq ki, “Qəbələ” növbəti oyununu noyabrın 21-də səfərdə "Sumqayıt"a qarşı keçirəcək.
saytlarin hazirlanmasi