Argentina - Braziliya matçına leysan mane oldu

11:16 - 13 Noyabr 2015

Təxirə salındı

 

DÇ-2018-in seçmə mərhələsində ötən gün keçirilməsi planlaşdırılan Argentina - Braziliya matçı təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb oyunun keçiriləcəyi "Monumental" stadionunun yağan güclü leysan nəticəsində yararsız hala düşməsi olub. 

 

Qeyd edək ki, matçın bu gün keçiriləcəyi planlaşdırılır.

Xəbər xətti