Kərimov başladı
“AZAL-la oyunda zədə aldım, zədələnməyim anidən oldu. Topu kənara çıxaran zaman rəqib futbolçu ayağımı tapdaladı. Oyundan sonra ağrılar şiddətləndi”.
Sportal.az xəbər verir ki, “Kəpəz”in müdafiəçisi Azad Kərimov klubun rəsmi saytına zədələnməsi ilə bağlı danışarkən belə deyib.
Gənc futbolçu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılsa da, zədələndiyi üçün heyətdən çıxarılıb. Kərimov Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçiriləcək səfər oyununa aparılmayıb: “İki gün millinin düşərgəsində oldum, həkimlər baxdı. Baş məşqçimiz və tibb personalı bu vəziyyətdə səfərə çıxmağımın çətin olacağını bildirdi. Çünki səfər uzun idi, ona görə də belə məsləhət olundu. Uzun yolçuluğa görə ayağım şişə bilərdi”.
“Kəpəz”in düşərgəsinə qayıdan Kərimov hazırda özünü nisbətən yaxşı hiss edir və həkim nəzarəti altında fərdi şəkildə məşqlərə başlayıb.
saytlarin hazirlanmasi