"Hesabda geridə olan tərəf kimi çıxış etməyimizi istəmirdim"
Almaniyanın U-21 yığmasının baş məşqçisi Horst Hrubeş "Avro-2017"nin seçmə mərhələsində millimizə qalib gəldikləri oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, Hrubeş komandasının yığmamızla görüşdə qol buraxmasından narazı qaldığını bildirib:
"Azərnbaycanla oyunda 3 xal qazanmağımız önəmli idi. Lakin bu görüşdə qol buraxmağımız xoşuma gəlmədi. Hesabda geridə olan tərəf kimi çıxış etməyimizi istəmirdim".
Qeyd edək ki, Almaniya millimizlə görüşün 30-cu dəqiqəsində hesabda geri düşsə də, sonradan 3 qol vurmaqla matçdan qalib ayrılıb.
saytlarin hazirlanmasi