"Xəzər Lənkəran" "Neftçi" üçün hazırlaşır

00:44 - 15 Noyabr 2015

Komanda dünən başladı
 
Premyer Liqanın XIII turu çərçivəsində, noyabrın 22-də “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, istirahətini yekunlaşdıran komandamız doğma şəhərdə toplanaraq məşqlərə başlayıb. Hər gün hazırlıq prossesləri saat 16:30-dan etibarən stadionun ehtiyat meydançasında milli futbolçular istisna bütün komanda üzvlərinin iştirakı ilə keçirilir. Noyabrın 15-də və 16-da iki məşq eyni saatda və eyni məkanda olacaq. 
 
Qeyd edək ki, 19-yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsindən qayıdan Elnur Cəfərov bu dəfə 21-yaşlıların millinin heyətinə çağırılıb. 

Xəbər xətti