"Sarı-göylər" "Qarabağ" üçün hazırlaşır

16:17 - 16 Noyabr 2015

XIII turun oyunu

 

Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AZAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının XIII turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.


“Sarı-göylər”in bugünkü məşqi Bakıda - “Dalğa Arena”da reallaşıb. Hazırlıq planına əsasən, “Kəpəz” noyabrın 17,18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Ağdam klubu ilə oyun öncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Xəbər xətti