5 dollar və 1 kiloqram ərzaq
"Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo zədəli olduğu üçün vətənində bərpa kursu keçsə də, vaxtını boş keçirmir.
Sportal.az xəbər verir ki, o, dekabrın 26-da vətənində xeyriyyə matçı təşkil etməyə hazırlaşır. Qarşılaşma "Reynaldonun dostları" və "Valdivanın dostları" komandaları arasında baş tutacaq.
Oyun "Koarisi da Mata Fonseka" stadionunda keçiriləcək. Bu oyunu izləmək istəyənlər 5 ABŞ dolları və ya 1 kq ərzaq verməlidirlər. Xeyriyyə matçından götürüləcək gəlirin Braziliyadakı ehtiyacı olan imkansız şəxslərə paylanılacağı bildirilir.
saytlarin hazirlanmasi