"Qarabağ"ın rəqibinin futbolçusu "Fənərbaxça"nın hədəfində

14:46 - 18 Noyabr 2015

Türkiyəyə gəlir?

 

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Monako"nun futbolçusu Joao Moutinyo karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" 29 yaşlı portuqal yarımmüdafiəçi ilə yaxından maraqlanır.

 

Qeyd edək ki, Moutinyonun qış transfer pəncərəsində İstanbul nəhənginə keçəcəyi gözlənilir.

Xəbər xətti