"Axmaq qollar buraxdıq"
"Baş verənlərə izahat vermək çətindir. İmkanlarımızdan yararlana bilmədik, axmaq qollar buraxdıq və sonda məğlub olduq”.
Sportal.az xəbər verir ki, bu sözləri Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Vyeçeslav Karavayev ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, Avro 2017-nin seçmə mərhələsində Azərbaycana 3-0 hesabı ilə məğlubiyyətin qəbulolumaz olduğunu qeyd edib: "Biz yalnız özümüzdən küsə bilərik. Bütün futbolçularda ruh düşkünlüyü var.Azərbaycan millisinə bu hesabla məğlub olmaq qəbulolunmazdır. Ümid edirəm ki, bir daha belə olayla üzləşməyəcəyik.”