Yağış "Xəzər Lənkəran"ın planını dəyişdi

20:10 - 18 Noyabr 2015

Qapalı meydanda məşq edib

 

Premyer Liqanın XIII turu çərçivəsində,noyabrın 22-də “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki,Lənkəranda aramsız yağan və hətta bəzən leysan xarakteri alan yağış ehtiyat meydançanı bərbad vəziyyətə saldığından komanda noyabrın 18-də başqa məkanda çalışmalı olub. Belə ki, “ağ-yaşıllar” Lənkəran şəhəri İnşaatçılar qəsəsbəsində, Şəhidlər xiyabanı yaxınlığında yerləşən qapalı futbol meydançasında məşq edib.

 

Bir gün əvvəl millinin heyətində meydana çıxan Elşən Rzazadə də hazırlıq prossesinə qatılıb. Məşq saat 16:00-da başlayıb və bir saatdan çox davam edib. (12cioyuncu.info)

Xəbər xətti