"Hər iki komanda hücum futbolu oynacaq"
Noyabrın 21-də “Kəpəz” Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev qarşıdakı oyun öncəsi klubun rəsmi saytına matçla bağlı fikirlərini açıqlayıb: “Adi təqvim oyununa uyğun olaraq “Qarabağ”la görüşə hazırlaşırıq. Hazırlıq planında dəyişiklik yoxdur. Heyətdə problemlərin olması narahatlıq doğurur. Nəsə dəyişiklik etmək istəyirik, amma bu nə qədər alınacaq, bilinmir. Qarşıdakı üç gün ərzində məşqlərə baxıb qərar verəcəyik, daha hazılıqlı oyunçudan istifadə etməyə çalışacağıq”.
Nəzərinizə çatdıraq ki, ilk dövrədə bu komandalar arasında Gəncədə gərgin mübarizə şəraitində keçən oyunda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlmişdi. Bu səbəbdən tərəflər arasında XIII turda baş tutacaq oyun da maraqla gözlənilir: “Ağdam klubunun necə komanda olması haqda geniş danışmağa ehtiyac görmürəm. Həmişəki kimi bizim üçün çətin oyun olacaq. Gəlin etiraf edək ki, “Qarabağ” görüş öncəsi favorit sayılır. Oyunun necə alınmasından çox şey asılı olacaq. Heyətimizdəki itkilər bizə problemlər yaradacaq. Ancaq bir şeyi deyə bilərəm ki, maraqlı oyun olacaq. Çempionatda həm “Qarabağ”, həm də “Kəpəz” uğuru rəqib qapısında axtarır, müdafiədə oturmur. Hər iki komanda hücum futbolu oynacaq. Bu üzdən azarkeşlər üçün də matç darıxdırıcı alınmayacaq”.
saytlarin hazirlanmasi