Bu oyunda yalnız qələbə gözləyirik
"Neftçi" ilə oyuna ciddi hazırlaşırıq. Komandada hər şey qaydasındadı.Bu oyunda yalnız qələbə gözləyirik. Meydana qalib gəlmək üçün çıxacağıq".
Bu fikirləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Kamran Abdullazadə bildirib.
Gənc yarımmüdafiəçi "Neftçi" ilə matçda qələbə qazanmaq üçün mübarizə aparacaqlarını deyib: "Bilirsiz ki, bizim hər zaman "Neftçi" ilə oyunlarımız maraq dairəsində olub. Bu prinsipial oyunda Lənkəran azarkeşlərini qələbəmizlə sevindirəcəyik. "Neftçi" 8 ildi Lənkəranda qələbə qazana bilmir. 9-cu ildə qalib gələ bilməyəcəklər".
saytlarin hazirlanmasi