"Xəzər Lənkəran" "Böyük oyun"a Elnur Cəfərovsuz hazırlaşır

18:14 - 19 Noyabr 2015

Müalicəsinə davam edir

 

"Xəzər Lənkəran" doğma şəhərdə "Böyük oyun" hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" noyabrın 19-da növbəti məşqini keçirib. Lənkəranda yağış ara verincə komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb.

 

Millinin düşərgəsindən dönən futbolçular da hazırlıq prossesinə qatılıblar. Yalnız Elnur Cəfərov iştirak edə bilməyib, gənc futbolçu U 21 millsinin heyətində aldığı zədənin müalicəsinə davam edir. (12cioyuncu.info)

Xəbər xətti