Premyer Liqanın oyunlarında Fransa himni səslənəcək

00:29 - 20 Noyabr 2015

İngiltərədən Fransaya növbəti dəstək
 
İngiltərə Premyer Liqasının 13-cü turunda keçiriləcək görüşlərdə matçdan əvvəl Fransanın dövlət himni səslənəcək.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın idarə heyətinin başçısı Riçard Skudmor verdiyi açıqlamada bildirib ki, həftə sonu keçiriləcək bütün matçlardan öncə Fransanın dövlət himni səslənərək Parisdə baş vermiş terror aktı zamanı həyatını itirən insanların xatirələri anılacaq. 
 
Qeyd edək ki, Fransa - Almaniya matçı zamanı Parisdə törədilən terror aktı zamanı 129 insan həlak olmuşdu.

Xəbər xətti