"Kəpəz"in braziliyalısı: "Azərbaycanın ən güclü komandasına məğlub olduq"

00:46 - 22 Noyabr 2015

"Biz yola bu xəyallarla, bu arzularla başlamışıq"
 
"Pis nəticə oldu. Meydana qələbə qazanmaq üçün çıxmışdıq.  Uğurlu seriyamızı davam etdirmək istəyirdik, amma alınmadı.  Səhvlərimiz var idi. Komanda şəkilində pis oynamadıq.  Gəlin unutmayaq ki, Azərbaycanın ən yaxşı komandası və mövsümün liderinə qarşı oynamışıq. Artıq qarşıdakı oyunlar barədə fikirləşməliyik".
 
Bu sözləri "Qarabağ"a 3:0 hesablı məğlubiyyətdən sonra "Kəpəz"in braziliyalı futbolçusu Junior Osvaldo (Juninyo) Sportal.az-a açıqlamasında bildirib. O, komandanın aparıcı futbolçularından sayılan Dario Federikonun zədələnməsi haqda da danışıb:
 
"Federiko bizim üçün çox vacib oyunçudur.  Bu o demək deyil ki, komanda onsuz heç nə edə bilməz. Bu gün məğlub olduq. Amma çempionata Dariosuz  davam etməyə gücümüz var".
 
Juninyo sonda isə komandasının avrokuboklara vəsiqə qazanma şansından da söz açıb:
 
"Biz yola bu xəyallarla, bu arzularla başlamışıq.  Avrrokuboka vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. Bu vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni edirik".

Xəbər xətti