XIII turun matçı
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının futbolçusu Vüqar Nadirov əvəzedicilərin çempionatında dubl edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu XIII turun “Sumqayıt” – “Qəbələ” qarşılaşmasında fərqlənib.
Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubla imza atan Nadirov “Qəbələ”nin liderliyini qorumasında pay sahibi olub. Turun açılış oyunundakı qələbə ilə “qırmızı-qaralar” 1-ci pillədə qalıb.
Qeyd edək ki, Nadirov dubl sayəsində əvəzedicilərin çempionatındakı qol sayını 3-ə çatdırıb.
Əvəzedicilərin çempionatı
XIII tur
20 noyabr
“Sumqayıt” - “Qəbələ” – 1:3
Emil Həsənzadə, 90+3 - Ülvi İsgəndərov, 19; Vüqar Nadirov, 55, 88
saytlarin hazirlanmasi