Gümüş medal qazandı
Azərbaycanlı güləşçi Ukraynada böyük uğura imza atıb.
Sportal.az хəbər verir ki, Məhəmməd Namazov adlı həmyerlimiz Ukrayna kubokunda ikinci yeri tutub.
Güləşin kəmər Ukrayna kuboku yarışları Lvov şəhərində keçirilib. Hazırda bu ölkədə təhsil alan Məhəmməd Namazov da yarışlara qatılıb. Kifayət qədər güclü rəqiblərlə mübarizə aparan həmyerlimiz finala qədər irəliləyib. Həlledici görüşədək rəqiblərinə yenilməyən Məhəmməd Namazov son döyüşdə şanssızlıqla üzləşib və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Məhəmməd Namazov kempo üzrə Avropa və dünya çempionatının mükafatçısıdır. (Aut.az)