"Böyük oyun"dan sonra
Premyer Liqanın XIII turunda, doğma meydanda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, komanda iki gün ərzində istirahət edəcək. Cənub təmsilçisi noyabrın 25-də doğma şəhərdə bir araya gələrək hazırlıqlara başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XIV turu çərçivəsində, noyabrın 28-də səfərdə “Zirə” ilə görüşəcək. (12cioyuncu.info)
saytlarin hazirlanmasi